Şirkətimizin təməli Çin ilə biznes əlaqələri qurmaq istəyən azərbaycanlı alıcılara peşəkar və etibarlı xidmət göstərmək üçün 2019-cu ildə Mikayıl Bayram tərəfindən qoyulmuşdur. Komandamız araşdırmadan tutmuş ixracata qədər, Çində təchizat prosesiniz zamanı ehtiyac duya biləcəyiniz bütün sahələrdə biznesiniz üçün sizə dəstək təklif edir.