Vebsayt nədir?
Vebsayt nədir? Hər hansı bir müəssəsinin kimliyinin əks etdirilməsi və təqdimat fəaliyyətlərinin reallaşması məqsədi ilə milli və beynəlxalq şəbəkə mühitində nəşr olunan onlayn sistemlərə vebsayt (və ya veb səhifəsi) deyilir. Vebsayt , internet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Vebsayt yalnız internet üzərində işləyən bir servisdir. Hər bir sayt ən azı bir serverdə yerləşdirilmiş faylların bir-biri ilə əlaqələndirilməsindən yaradılmış bir qovluqdur. Saytlara internet şəbəkəsi vasitəsilə baxmaq imkanı yaradılır və beləliklə informasiya yayımı qat-qat asanlaşdırılmış olur.