Kanan Shafizada
CEO / Founder
"Class Group Design" (CGD) 2012-ci ildə "Kənan Şəfizadə" tərəfindən yaradılan bir internet texnologiyaları şirkətidir. İki həvəskar veb proqramçı və bir satış menecmentindən ibarət olan komanda, 2018-ci ildən bəri rəsmi şirkət kimi fəaliyyət göstərir.
Biz müştərilərimizlə sağlam və daimi əlaqələr quraraq, onların istəklərini daha yaxşı anlayır və bizə uyğun həllər təqdim etməkdə daha uğurlu oluruq. Bu bizim uğurumuzun əsas amillərindən biridir.
"Class Group Design" müştərilərin internetdə fəaliyyət göstərərkən təcrübələrini artırmaq və sərfəli vebsayt və digər internet texnologiyaları həlləri təqdim etmək məqsədi ilə fəaliyyət göstərir. Həmçinin, digər xidmətlərimiz arasında sosial media marketinqi, SEO, qrafik dizayn, vebdizayn və proqramlaşdırma da yer alır.
Biz, müştərilərimizin etibarını qazanmağı özümüzə əsas hədəf seçmişik və daima internet texnologiyaları üzrə ən son yeniliklərin axtarışındayıq. Sizin müştəri təcrübənizi artırmaq və şirkətinizin internetdə daha güclü olmasına kömək etmək üçün sizi dəstəkləməyə hazırıq.
Bizimlə əlaqəCEO / Founder
Programmer
Finance Director
UI/UX designer